Kəmaləddin Heydərov əmr imzaladı

29 dekabr 2018-ci il tarixindən 2 yanvar 2019-cu il tarixinədək gücləndirilmiş iş rejimində çalışacaqlar.

Fövqəladə Hallar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

XALQ.AZ xəbər verir ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri 29 dekabr 2018-ci il tarixindən 2 yanvar 2019-cu il tarixinədək gücləndirilmiş iş rejimində çalışacaqdır.

Bununla əlaqədar Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.