Kənd Təsərrüfatı naziri fermerlərlə görüşüb

0838b930 69ad 3b4c a293 250d9dee58e6

Kənd Təsərrüfatı naziri İnam Kərimov Ağdaş və Göyçay rayonlarında təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

Bu barədə XALQ.AZ-a Nazirlikdən bildirilib. 

Məlumata görə, nazir Ağdaş rayonunda tinglər üçün calaqaltı materialı istehsal edən müstəqil laboratoriyanın fəaliyyəti ilə tanış olub, laboratoriyalarda hazırlanan ting materiallarının əkildiyi təcrübə sahəsinə baş çəkib. Həmçinin Göyçay rayonunun Şəhadət kəndində fermer Natiq Zakirovun çəltik sahəsinə, Potu kəndində fermer Eldar Vəliyevin nar bağına, Yalman kəndində salınmış xurma bağına, 2 min ton saxlama tutumu olan soyuducu anbara və fermer Seymur Kazımovun heyva bağına baş çəkib.

Görüşlərdə bağlarda düzgün aqrotexniki qulluq edilməsi, intensiv bağların genişləndirilməsi, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin quraşdırılması barədə fikir mübadiləsi aparılıb, fermerlərin dövlətin bu prosesə verdiyi dəstək mexanizmlərindən geniş yararlandığı qeyd olunub.

0bd630ee 8178 398d a3e4 69fe7416698b
63fda6a6 0745 317a 86d9 f15354db9f96
017f3334 a492 3dab 82ba 493095c3f77c
17ce61f3 eda8 3f11 92e2 6cd6e2403aba

XALQ.AZ