Kəbədə uçqun oldu

64

 

Təvaf sahəsinin genişlədirmə işləri aparılan Kəbədə çökmə meydana gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, uçqun “Məscid-i Haram”dakı genişləndirmə işləri ilə bağlı “Ümrə qapısı” adlanan yerdə baş verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Harameyn işlər idarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Əhməd əl Mansuri təvaf sahəsinin genişləndirilməsi ilə bağlı ikinci mərhələdə işlərin başlandığını deyib. Bu zaman döşəmənin üzərinə yığılanlar çökmə meydana gəlib.

Onun sözlərinə görə, çökmə işlərin davam etdirilməsinə heç bir maneə yaratmayıb və namaz qılanlardan uzaq məsafədədir.
Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Dağıntılar yığışdırılana qədər inşaat işləri dayandırılıb.