Kəbəyə toxunmaq və öpmək qadağan edildi

Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən zəvvarlara Məkkə və Mədinə şəhərlərində yerləşən müqəddəs məkanlara toxunmağı qadağan edəcək.


XALQ.AZ xəbər verir ki, bu barədə “Aş-Şark al-Ausat” qəzeti Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinə istinadən xəbər verib.


“Kəbəyə toxunmaq və öpmək qadağandır”, – nazirliyin açıqlamasında qeyd olunub.
Bundan əlavə, Kəbə evi ətrafında maneələr qurulacaq, zəvvarların maska taxması məcburi olacaq.