Kəlbəcərin icra başçısına etiraz

Kelbecer

 

Kəlbəcər rayon sakini Teymur Kərimov aclıq aksiyasına başlayıb
Vətəndaş bildirir ki, aksiyanı keçirməsinə səbəb dəfələrlə Kəlbəcər İcra Hakimyyətinə etdiyi müraciətlərin cavabsız qalması və icra başçısı Aqil Məmmədovun onu aldatmasıdır:

“Bu gün saat 12-00-dan aclıq aksiyasına başlamışam. Buna səbəb icra başçısı Aqil Məmmədovun məni aldatmasıdır. Çünki mən “Azəryolservis” ASC-nin 71 saylı Yol İstismar İdarəsində işləyirdim. Məni oradan çıxartdılar. Sonra Prezdent Aparatına müraiət etdim. İcra başçısı Aqil Məmmədov məni çağırıb şikayətləri dayandırmağı tövsiyə etdi.

Dedi ki, səni işlə təmin edəcəyik. Sonra məni 2 saylı Yol İstismar İdarəsində işə götürdülər. 2 ay öncə isə dedilər ki, sənə məzuniyyət veririk. Məlum oldu ki, məzuniyyət adıyla məni işdən çıxarıblar. İndi isə müraciətlərimə cavab vermirlər. Maddi durumum ağırdır. Ona görə də bu haqsızlıqlara qarşı aclıq aksiyası keçirmək qərarına gəlmişəm. Hazırada aksiyanı davam etdirirəm”.

Kəlbəcər rayon icra başçısının birinci müavini Eldəniz Mehtiyevlə əlaqə saxladıq. O, Qaynar.info-ya bildirdi ki, məsələ ilə bağlı araşdırma aparandan sonra açıqlama verəcəklər.