Kəmaləddin Heydərov Əfqanistanlı nazirlə görüş kecirib

kamal

Fövqalada Hallar Naziri Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının nümayəndə heyəti ilə görüş keçirib

Xalq.az FHN-nin rəsmi saytına istinadən məlumat verir ki, 4 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Vahidullah Şəhraninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı nazir qonaqlara respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Eyni zamanda hər iki ölkənin müvafiq qurumları arasındakı əməkdaşlıq əlaqələrininin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Qonaq öz növbəsində ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etmiş və hər iki ölkənin müvafiq qurumları arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş müzakirələr aparılmışdır.