Kəmaləddin Heydərov İranlı qonaqları qəbul edib

Kamal

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov İranın sənaye, mədən və ticarət nazirinin müavini Xosrov Tacın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XALQ.AZ-ın məlumatına görə, görüşdə Kəmaləddin Heydərov vurğulayıb ki, prezident İlham Əliyevin Tehrana səfəri və əməkdaşlığa dair imzalanan sənədlər 2 tərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoyub.

İranın sənaye, mədən və ticarət nazirinin müavini Xosrov Tac iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı əməkdaşlığın geniş perspektivləri olduğunu bildirib.

İran nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzilə də tanış olub.