Kəmaləddin Heydərov Xızıya gedir

Kamal

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən iyulun 22-də Xızı şəhərində vətəndaşların qəbulu keçiriləcək.
XALQ.AZ-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, qəbulda yalnız Sumqayıt şəhərinin, Abşeron və Xızı rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Xızı şəhəri, Rafiq İsmayılov adına tam orta məktəbin binasında (ünvan: Bəşir Səfəroğlu küçəsi, 1) iyulun 21-də saat 09:00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.