Kəmalləddin Heydərov vətəndaşları qəbul edəcək

kamal

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 28-də Qobustan şəhərindəki Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən XALQ.AZ-a bildiriblər ki, qəbulda yalnız Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında aprelin 27-də saat 09.00-da başlayacaq. Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az.