Kənan M.M: “Ən böyük nemət azadlıqdır”

MM

Ötən gün xuliqanlıqda ittiham olunaraq polis əməkdaşları tərəfindən saxlanılan rejissor Kənan M.M sərbəst buraxıldıqdan sonra məlumat yayıb.

XALQ.AZ-ın məlumatına görə, rejissor hisslərini sosial şəbəkə vasitəsi ilə izləyicilərinə çatdırıb. O, hisslərini sosial şəbəkədə çatdırıb. “Heç kim sabahına cavabdeh deyil. Ən böyük nemət azadlıqdır. Bütün arxamda duran dostlarıma, məni sevənlərə təşəkkür edirəm. Özümü böyük bir ailənin üzvü hiss etdim. Yaxşı ki, varsınız, bəzi şeyləri dualarınıza borcluyam. Halal edin”.

Xatırladaq ki, Kənan Mahmudov müğənni Vüqar Muradovu döydüyü barədə xəbər yayılmışdı. Bu hadisədən sonra ifaçı rejissor barədə polis bölməsinə şikayət edib. Nəticədə Kənan M.M saxlanılmışdı.