Kənd təsərrüfatı naziri həbs olundu

47

 

Qazaxıstanın kənd təsərrüfatı naziri Müslüm Umiryaev həbs edilib.

Xalq.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, küllü miqdarda rüşvət almaqda şübəhəli bilinən nazirin barəsində cinayət işi açılıb. Qazaxıstanın Korrupsiyayla Mübarizə Təşkilatı məlumatı təsdiqləyib.

Cinayət materialında, nazirin bir sahibkardan 100 min dollar dəyərində rüşvət alması barədə məlumat əks olunub.