Kənd təsərrüfatı sahəsi 2018-ci ildə də inkişafı gözlənilir

“2017-ci il ümumilikdə Azərbaycan üçün uğurlu il olub. Bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də xeyli inkişaf göz qabağındadır”. Bu sözləri açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, qeyri-neft sektoruna dövlət tərəfindən göstərilən diqqət nəticəsində kənd təsərrüfatının müxtəlif sahələrində inkişaf əldə edilib: “2017-ci ildə regionlarda yaradılmış aqroparklar, aqro sənayə məhəllələri kənd təsərrüfatının inkişaf sahələrini göstərən amillərdən biridir. Keçən il regionlarda pambıqçılıq, baramaçılıq, tütünçülük, bağçılıq, çayçılıq, fındıqçılıq sahəsində xeyli inkişaf baş vermiş, istehsal olunan məhsullar ixraca göndərilib. 2017-ci ildə əvvəlki illərə nisbətən xeyli çox pambıq, barama, tütün, çay, çəltik məhsulu əldə olunmuşdur. Kənd təsərrüfatı sahəsinin inkişafı nəticəsində xeyli iş yerləri açılıb. Təkcə fındıq və tərəvəz məhsulun ixracından milyonlarla vəsait dövlət büdcəsində daxil olubdur. Heyvardarlıq sahəsində son vaxtlar əldə olunan nəticələr onu göstərir ki, yaxın müddətdə ölkəmiz özünü ət, südlə təmin edəcəkdir. Son illərdə daima inkişaf edən kənd təsərrüfatı sahəsi 2018-ci ildə də inkişafı gözlənilir. 2018-ci il məhsulu üçün 2017-ci ildə möhkəm zəmin yaradılmış və nəticədə bu il üçün yüksək məhsuldarlıq gözlənilir.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezidentimiz Cənab İlham Əliyevin nitqi 2018-ci ilin inkişaf proqramı kimi qəbul olunur”.

Sia.az