Sədr qəbul keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov sentyabrın 28-də Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək.

XALQ.AZ xəbər verir ki, Komitədən  verilən xəbərə görə, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində olacaq.

Qəbulda Lənkəran rayonu ilə yanaşı Astara, Lerik rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Sakinlər Komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə onları maraqlandıran digər məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)

Əmlak Məsələləri Dövlət Komitəsinin Lənkəran ərazi şöbəsi: (02525) 5-15-13, 5-33-57

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi: (02525) 4-71-86, (02522) 5-16-73

 

 

Orxan