Kamələddin Heydərov Ağdamda vətəndaşlarla görüşəcək

kamal

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov sentyabrın 27-də saat 11:00-dan Ağdam rayonunda vətəndaşları qəbul edəcəkdir.

Xalqa.az xəbər verir ki,  qəbulda yalnız Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarından olan sakinlər, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.
Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) sentyabrın 25-də saat 14:00-dan başlayacaqdır.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Qəbulla bağlı (012) 512-01-14 telefon nömrəsindən və ya info@fhn.gov.az elektron ünvanından ətraflı məlumat almaq mümkündür.