Kamal Cəfərov bu məsələləri müzakirəyə çıxardı – VİDEO

Deputat parlamentdə bir sıra qanun layihələri barədə danışıb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bu gün keçirilən parlamentin plenar iclasında çıxış edərkən bir sıra məsələlərə toxunub.

XALQ.AZ xəbər verir ki, deputat bir sıra mühüm məsələləri müzakirə edib:

“Birincisi yükdaşıma sahəsində müqavilələrin təkmilləşdirilməsi, həmin qanunlarda daşıyıcı, yük göndərənin səlahiyyətləndirdiyi şəxslərin statusu, göndərilən yükə aid lazımı sənədlərin və məlumatların daşıyıcıya təqdim olunması, yükdaşımada istifadə olunan nəqliyyat vasitələrinin üzərində mümkün istifadə hüquqlarının (mülkiyyət, icarə, istifadə) dəqiqləşdirilməsidir. Sözü gedən qanunların müvafiq maddələrinə əlavə və dəyişikliklərin edilməsi müxtəlif sahələrdə yükdaşımanın asanlaşdırılması və bu sahədə daşıma qurumları ilə səlahiyyətli qurumlar arasında yarana biləcək mübahisələrin aradan qaldırılmasına xidmət edəcək”.

Deputat  ictimai əhəmiyyət kəsb edən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə də toxunub:

“Sözü gedən məcəlləyə təklif olunan dəyişikliyin əsas məğzi Azərbaycan Respublikasına gəlmək istəyən əcnəbilər və vətədaşlığı olmayan şəxslərin viza verilməsi ilə bağlı vəsatətlərinin (müraciət) qısa müddətdə baxılaraq təmin edilməsi məsələsidir. Beləki siyahısı Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə münasibətdə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlikləri və konsulluqlarında verilən vizaların 15 günədək müddətdə deyil, elektron vizalarda olduğu kimi ən geci 3 iş günü müddətində verilməsi təklif olunur.

Həmçinin, təklif olunan digər bir mühüm dəyişiklik isə ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumi təhsil müəssisələrində təhsil alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə yanaşı, peşə təhsili müəssisələrində təhsil alan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi məsələsidir”.

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən danışan Kamal Cəfərov  Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan bir sıra konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələrinin sosial-yönümlülük prinsiplərinə uyğun olaraq azaldılması məqsədilə hazırlandığını bildirib:

“Belə ki, sözügedən əməliyyatlara görə ölkə daxilində tətbiq olunan bir sıra dövlət rüsumları ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində həyata keçirilən həmin xidmətlər və hüquqi hərəkətlər üçün müəyyən edilmiş dövlət rüsumunun dərəcələri arasında kəskin fərqlər mövcuddur”.

Deputat Cinayət Məcəlləsi barədə də fikirlərini deyib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təqdim edilən qanun layihələrinin 2-ci oxunuşda qəbul edilib.

Layihədə 200-ə yaxın dəyişiklik təklif olunur. 35 cinayətin dekriminallaşdırılması nəzərdə tutulur, 10 cinayət əməli Cinayət Məcəlləsindən çıxarılır, 25 cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılır. 3 cinayətə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunur. 30 cinayətə görə sanksiyalara azadlıqdan məhrum etməyə alternativ cəzalar (cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması) daxil edilir. 60 cinayətə görə cərimə və ya azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsi nəzərdə tutulur.

Deputat Kamal Cəfərov AR Prezidenti tərəfindən təqdim edilən layihələrin humanizn çəkisini, ictimaiyyət tərəfindən tam dəstək almasını və belə bir mərhələdə xüsusi əhəmiyyətini nəzərə alaraq, bütün deputatları qanun layihələrinin lehinə səs verməyə çağırıb. Bildirib ki, bu qanun layihələrin qəbulu və tətbiqi nəticəsində minlərlə seçicilər və onların ailəsi sevinə bilər”.

sevinə bilər”.


XALQ.AZ