Kamal Cəfərov seçicilərlə görüşdü-Fotolar

Milli Məclisin deputatı Kamal Cəfərov Sabirabad şəhərində 42 sakinlə görüş keçirib və onları narahat edən məsələləri qeyd edib.

XALQ.AZ xəbər verir ki, millət vəkili K.Cəfərov hər bir vətəndaşın probleminin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.