Kamil Zeynallının 8 yaşlı qızı sükan arxasına keçərək qaydaları pozdu – VİDEO

Məşhur fitnes məşqçisi Kamil Zeynallı xüsusi karantin rejimi günlərini əyləncəli keçirmək üçün respublikanın rayonlarından birinə üz tutub.

XALQ.AZ xəbər verir ki, səkkiz yaşlı qızı Sahilənin “avtoşluq sevdası”nı həyata keçirmək üçün məşqçi onunla birgə idman avtomobilinə əyləşib. Sükanı qızına həvalə edən Kamil onun yanında əyləşib. O, həmin görüntüləri lentə alaraq “Instagram”da paylaşıb:

“İndi anamın sözlərini yaxşı başa düşürəm. Hər zaman deyir ki, oğlum, yavaş sür. Qızım avtomobili sürəndə o hissləri mən keçirdim. Avtoş qızım Sahilə”.

XALQ.AZ