Kamran Əliyev 3 hərbi prokuror təyin etdi – Yenilənib

Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Qaradağ rayon hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təstiqləyiblər.

***

Prokurorluq orqanlarında yeni təyinatlar olub.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Əli Şükürov Bakı hərbi prokuroru, Elşən Əli-Məmmədov Zaqatala hərbi prokuroru vəzifələrinə təyin ediliblər.