Kamran Əliyev Çingiz Qənizadənin oğluna yeni vəzifə verdi

Bakının Nərimanov rayon prokurorluğuna yeni təyinat olub. 

XALQ.AZ-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Baş prokurorun əmri ilə Elgiz Qənizadə Nərimanov rayon prokurorunun müavini vəzifəsinə təyin olunub.

Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, E.Qənizadə eks-deputat Çingiz Qənizadənin oğludur. O, daha əvvəl Binəqədi rayon prokurorunun müavini vəzifəsində işləyib.