Kamran Əliyevdən yeni hərbi prokuror təyinatı

Ədliyyə mayoru Şahverdiyev Raul Sabir oğlu Sumqayıt hərbi prokuroru vəzifəsinə təyin edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Faktı Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev təsdiqləyib.