Kamran Bayramov seçiciləri ilə bir arada – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramovun  seçicilərlə görüşləri dünən də davam etdirilib.

XALQ.AZ xəbər verir ki,  YAP-ın namizədi Kamran Bayramov  dünən Şəmkir  rayonunun Düzqışlaq, Nərimanlı  kəndlərində  seçicilərlə görüşüb.

Şəmkirdə səfər etdiyi növbəti yaşayış məntəqəsi Düzqışlaq kəndi olub. Kəndin küçələrini gəzib, qapıları döyüb, sakinləri danışdırıb, təşviqatını aparıb.

Düzqışlaq kəndində qapı-qapı, ev-ev ziyarətlərini davam etdirib, təşviqatını aparıb, seçicilərin dəstəyini alıb, kənddən çox xoş təəssüratlarla ayrılıb.

Seçkiqabağı təşviqatının növbəti nöqtəsi Şəmkirin ən ucqar yaşayış məntəqələrindən biri olan, cəmi 127 seçicinin yaşadığı gözəl və səfalı Nərimanlı kəndi olub. Deputat olduğu  dövrdə dəfələrlə seçicilərlə görüşlər keçirtdiyi bu kənddə, həmişə olduğu kimi, mehribanlıqla və səmimiyyətlə qarşılanıb, kəndin girəcəyində onu qarşılayan sakinlərlə xeyli söhbət edib, kəndi gəzib, təşviqatını aparıb.

Nərimanlı kəndini gəzərkən bir neçə evdə qonaq də qonaq olub, çay süfrələri arxasında seçicilərlə xeyli söhbət edib. Kamran Bayramov belə qənaətə gəlib ki, bütün seçkilərdə yüksək fəallığı ilə fərqlənən bu kəndin seçiciləri seçimlərini müəyyən ediblər, fevralın 9-da Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər! Var olsunlar!

XALQ.AZ