Kamran Bayramov seçkiqabağı təşviqatının son görüşünü keçirib – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramov  seçicilərlə möhtəşəm görüşlərini başa çatdırıb.

XALQ.AZ xəbər verir ki,  YAP-ın namizədi Kamran Bayramov seçkiqabağı təşviqatının son görüşünü Mərkəzi Seçki Komissiyasının təyin etdiyi qapalı yerdə Şəmkir rayonunun bir qrup gənci ilə keçirib. Yığıncağı sərbəst bir atmosferada keçib. Söhbətini  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkədə uğurla həyata keçirtdiyi gənclər siyasəti, yaradılmasına və inkişafına böyük təkan verdiyi könüllülük fəaliyyəti, Azərbaycanda apardığı köklü və genişmiqyaslı islahatlar və keçirilməsinə sayılı günlər qalan parlament seçkiləri ətrafında olub.

Görüşdə gənclərimizin təklifləri, ideyaları diqqətlə dinlənilib, müzakirə edilib, qarşıdan gələn parlament seçkiləri ilə bağlı gənclərin fikirləri və gözləntiləri səsləndirilib. Görüşün sonunda xatirə şəkili də çəkilib.

Deputatlığa namizəd gənclərə səslənərək “Yolunuz hər zaman açıq, həyatınız uğurlarla dolu olsun, əziz gənclər!”-deyib.

XALQ.AZ