Kamran Bayramovun seçiciləri artıq seçimlərini ediblər – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd  Kamran Bayramov  seçicilərlə möhtəşəm görüşlərini başa çatdırıb.

XALQ.AZ xəbər verir ki,  YAP-ın namizədi Kamran Bayramov  seçkiqabağı təşviqat apardığı Şəmkirin növbəti yaşayış məntəqəsi Qarabağlar kəndi olub. İlk növbədə, kənddə yaşayan şəhid ailəsinin qapısını döyüb, hörmət və ehtiramını ifadə edib, sonra evin qarşısında ətrafına  yığışmış sakinlərlə söhbətləşib, yolunu  davam etdirib, kəndi qapı-qapı gəzib. Kamran Bayramov ona  verilən böyük dəstəyin şahidi olub.

Deputatlığa namizədin Şəmkirdə keçirtdiyi seçkiqabağı təşviqatının növbəti və son yaşayış məntəqəsi Yeniyol kəndi olub. Kəndi xeyli gəzib, təşviqatını  aparıb, seçiciləri fevralın 9-da seçki məntəqələrində səs verməyə dəvət edib, seçimlərinin Yeni Azərbaycan Partiyasının namizədinin olduğunu bilib.

Deputatlığa namizəd Yeniyol kəndində zəhmətkeşlərlə də görüşüb, xeyli danışıb, onun  üçün açılmış çay süfrəsi arxasında kəndin problemlərini müzakirə edib.

aaa

XALQ.AZ