Kamran Bayramovun seçkiöncəsi kampaniyası uğurla davam edir – FOTO

100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən deputatlığa namizəd Kamran Bayramovun seçicilərlə möhtəşəm görüşləri davam etdiririlir.

XALQ.AZ xəbər verir ki, deputatlığa namizəd seçkiqabağı təşviqat çərçivəsində Şəmkirin Təzəkənd və Könüllülər  kəndində  seçicilərlə görüşüb.

Təzəkənddə seçicilərlə görüşən Kamran Bayramov onların problemlərini, üzləşdikləri çətinlikləri dinləyib və öz seçkiqabağı platforması barədə məlumat verib. Görüş zamanı seçicilər deputatlığa namizədə dəstəyini ifadə ediblər, bu seçkidən böyük gözləntilərinin olduğunu bildiriblər. Kəndin küçələrini gəzib, qapıları döyüb, kəndin həyatı ilə maraqlanıb, möhkəm və birmənalı dəstək alıb.
 
Kamran Bayramov eyni zamanda kənd ziyalıları ilə  görüşərək, evlərində qonaq olub, çay süfrəsi arxasında xeyli maraqlı söhbətlər edib, kənddən xoş təəssüratlarla ayrılıb. Sonda seçicilər Kamran Bayramova səs verəcəklərini xüsusi qeyd ediblər.

Könüllü kənd sakinləri də Kamran Bayramovu çox mehriban və səmimi qarşılayıb. Deputatlığa namizəd  kəndin çayxanasında zəhmətkeşlərlə çay içərək onları dinləyib, maraqlandıran suallarını cavablandırıb, kəndi narahat edən bir sıra məsələləri birgə  müzakirə ediblər.  K.Bayramov  bu kənddədə qapı-qapı gəzərək seçicilərlə evlərində görüşüb, onların qonağı olub. Masa araxasında onları dinləyib.

Görüşün sonunda Könüllü kəndinin sakinləri  birmənalı Yeni Azərbaycan Partiyasının namizədi olan Kamran Bayramovu dəstəkləyəcəklərini bildiriblər.

XALQ.AZ