“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə oktyabrın 18-də Bərdə rayonu Mustafaağalı kəndi ərazisində “Azərpambıq ASK” MMC ilə əməkdaşlıq edən fermerin pambıq tarlasında fermerlərlə görüşüb.
XALQ.AZ xəbər verir ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin mətbuat xidmətindən bildirilib ki, görüşdə cari ilin pambıq tədarükü və 2019-cu il mövsümü üzrə pambıq əkininə hazırlıq işləri ilə bağlı qarşılıqlı müzakirələr aparılıb. Cari problemlər və onların həlli yolları haqqında fikir mübadiləsi edilib, məhsuldarlığın artırılması istiqamətində görülməli olan işlər barədə tövsiyələr verilib.
Orxan