“Karantin qaydaları ilə bağlı oyunlar oynanılır”

“Bu gün şəhidin adından sosial şəbəkələrdə insanlar oyun oynayırlar”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, bu, cinayət təqibinin başlanılması üçün əsas sayılmalıdır: “Ümumiyyətlə, karantin qaydaları ilə bağlı oyunlar oynanılır. Hökumətə qarşı açıq çağırışlar edilir. Bu addımların qarşısı alınmalıdır”.