Karantinin bitməsinə 3 gün qaldı – Bizi nə gözləyir?

Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək təyin edilib. Artıq təyin olunan müddətin sona çatmasına 3 gün qalıb.

Bir çox ekspertlər, millət vəkilləri karantin rejiminin ləğv olunmasını, karantin qaydalarına nəzarətin artırılmasını təklif edirlər.

Məsələ ilə bağlı açıqlama verən baş infeksionist Cəlal İsayev bildirib ki, karantin rejiminin uzadılıb-uzadılmaması ilə bağlı qərarın verilməsi üçün ölkədəki ümumi vəziyyət ciddi şəkildə analiz olunmalıdır:

“Bu barədə qərar vermək o qədər də asan məsələ deyil, əvvəlcə geniş araşdırma aparılmalı daha sonra qərar verilməlidir. Əlbəttə ki, bu qərarı və araşdırmanı da ancaq Operativ Qərargah verə bilər.

Düzdür, bir sıra insanlar yumşaldılma ilə bağlı fikirlər səsləndirirlər, təbii ki, bu da normal haldır, hər kəs fikirini bildirə bilər, amma dediyim kimi karantinlə bağlı məsələdə mütləq şəkildə mütəxəsislər tərəfindən təhillər aparılmalıdır. Çünki bu virus çox ciddidir və atılan hər yanlış addım vəziyyətin ağırlaşmasına səbəb ola bilər”