Kasıb, aztəminatlı, işsiz insanların problemləri… – Vitse-spiker

Bütün vətəndaşlarımızı dövlətin rəsmi qərarlarını əməl etməyə dəvət edirəm. Hesab edirəm ki, əgər biz karantin vəziyyətinin aylarla uzanmasını istəmiriksə, bu günə qədər pandemiyadan canını tapşıranlarla kifayətlənmək istəyiriksə, onda hamılıqla “Evdə qal” kampaniyasına qoşulmalıyıq.

XALQ.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Adil Əliyev Feysbuk hesabında bildirib.

“Sosial təcridetmənin, virusun qarşısını almaq üçün cəmiyyəti, insanları xilas etmək üçün ən doğru yollardan biri olduğunu nəzərə almalıyıq və əməl etməliyik. Hamımız dərk edirik ki, kasıb, aztəminatlı, işləməyən insanlarla bağlı problemlər var və bu problemlər dövlətimizin, hökumətimizin nəzarətindədir. Sosial paketlər hazırlanıb paylanana qədər imkanlı şəxslər, iş adamları insanlarımızın yanında olmalıdır. Onlara maddi mənəvi dəstək verməlidirlər”, – A.Əliyev qeyd edib.