Keçmiş Baş nazirin qızı həbs edildi

Pakistanın keçmiş Baş naziri, hazırda həbsdə olan Nəvaz Şərifin qızı Məryəm Nəvaz saxlanılıb. 

XALQ.AZ xəbər verir ki, ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Məryəm Nəvaz bu gün hakim qarşısına çıxarılaraq həbs olunub.Qeyd edək ki, sabiq baş nazirin ailəsi qeyri-qanuni yollarla əldə etdikləri külli miqdarda vəsaiti Çaudri şəkər zavodlarına xarici investor adı ilə yatırmaqda təqsirli bilinirlər.