Keçmiş deputat koronavirusa yoluxdu

Milli Məclisin keçmiş deputatı Mirzəcan Xəlilov koronavirusa yoluxub.

XALQ.AZ xəbər verir ki, bu barədə danışan eks-deputat xəbəri təsdiqləyib:

“3 gündür ki, Azərbaycan Tibb Universitetinin xəstəxanasında yatıram. İnşallah tezliklə sağalaram”.

Qeyd edək ki, M.Xəlilov 2015-2020-ci illərdə 41 saylı Sumqayıt birinci seçki dairəsindən V çağırış Milli Məclisin üzvü olub.