Vəzifədən azad olunmuş icra başçısının evində intihar

Göyçay rayonunda intihar hadisəsi baş verib.


XALQ.AZ xəbər verir ki, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.


Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.


Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.