Keçmiş millət vəkili xəstəxanada öldü

Türkiyənin tanınmış siyasi xadimi, sabiq millət vəkili Ahmed Tekdal 89 yaşında vəfat edib.

XALQ.AZ Türkiyə KİV-nə istinadən xəbər verir ki,  sabiq millət vəkili müalicə aldığı Ankaradakı özəl xəstəxanaların birində dünyasını dəyişib.

Qeyd edək ki, qapadılan “Rifah” partiyasının qurucularından hesab edilən Ə. Tekdal bir müddət partiyanın sədri olub.

Nəcməddin Ərbəkanın yaxın tərəfdaşı kimi tanınan Ə. Tekdal “Səadət” Partiyasının da İdarə Heyətində təmsil olunub.