Keçmiş nazir müavinini bıçaqladılar

Gürcüstanın ədliyyə nazirinin keçmiş müavini, Xüsusi Penitensiar Xidmətin sabiq rəhbəri Zviad Mixanaşvili bıçaqlanıb.

XALQ.AZ xəbər verir ki, insident Tsknetidə restoranların birində törədilib. Mixanaşvili ilə birlikdə daha 2 nəfər bıçaqlanıb. Hər 3 şəxsi keçmiş məhkum yaralayıb. Mixanaşvili hazırda xəstəxanadadır. Baş vermiş faktla bağlı “qəsdən sağlamlığa ziyan vurma” maddəsi üzrə cinayət işi açılıb.

Cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

 

 

Orxan