“Keyxanım” ərə gedir

“Keyxanım” obrazı ilə tanınan aktrisa Ülviyyə Əliyeva subaylığın daşını atmağa hazırlaşır.

XALQ.AZ  xəbər verir ki, aktrisa “Zaurla Günaydın” verilişində bildirib ki, artıq nişanlıdır və nişanlısı Surqutda yaşayır: “Nişanlımın adı Manafdır. Toyumuz iyulun 18-də olacaq. Hər şey yaxşıdır”.

Qeyd edək ki, Ü.Əliyeva bir dəfə evli, bir dəfə də nişanlı olub.

 

Elgün