“Kibertəhlükəsizlik üzrə Milli Strategiya” hazırlanır

Azərbaycanda “Kibertəhlükəsizlik üzrə Milli Strategiya” hazırlanır.

XALQ.AZ xəbər verir ki,  bunu Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi və təşkilatçılığı ilə MDB ölkələrində kibertəhlükəsizlik üzrə regional təlimlərin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Nazir müavini qeyd edib ki, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə birgə aparılır:

“Həmçinin informasiya təhlükəsizliyi sahəsində işlərin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurası yaradılıb. Bununla yanaşı, həmin sahədə kadr potensialının artırılması üçün ali məktəblərdə kadrların hazırlanması genişləndirilir. Sevindirici haldır ki, bu il Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası üzrə qəbul planı təqribən 7 dəfə artırılaraq 140 nəfərə çatdırılıb”.

 

 

 

Orxan