Kim Çen In Putinə qılınc bağışladı

Şimali Koreya lideri Kim Çen In Vladivostokdakı görüşdən sonra Rusiya prezidenti Vladimir Putinə qılınc hədiyyə edib.

XALQ.AZ xəbər verir ki, Kim Çen hədiyyənin təqdimetmə mərasimində Putini dəstəklədiyini açıqlayıb.

“Bu hədiyyəni mən sizin üçün hazırlamışam. Qılınc gücün təcəssümüdür. Bu, onu göstərir ki, mənim qəlbim və xalqımızın qəlbi sizi dəstəkləyir”, – o əlavə edib.

Putin hədiyyəyə görə KXDR liderinə təşəkkür edib və əvəzində ona sikkə hədiyyə edib, çünki rus ənənələrinə görə, bıçaq hədiyyə etmək pis əlamətdir.

 

 

Orxan