Kimlik almaq və dəyişmək neçəyə başa gəlir?

Şəxsiyyət vəsiqəsinin alınması zamanı tələb edilən dövlət rüsumunun məbləği ilə bağlı tez-tez məlumat verilsə də, hələ də bu haqda informasiyası olmayanlar var. Bunu nəzərə alaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi sosial şəbəkə istifadəçiləri üçün bu məlumatları zaman-zaman paylaşır.

XALQ.AZ xəbər verir ki, 16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır. 15 yaşı tamam olmamış vətəndaşlar üçün yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi zamanı tələb edilən rüsumun məbləği isə müddətdən asılı olaraq dəyişir. Belə ki, vəsiqə 10 gün müddətində verildikdə 4 manat, 3 iş günü müddətində verildikdə 20 manat, 1 iş günü müddətində verildikdə 25 manat dövlət rüsumu tələb edilir.

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə isə 10 gün müddətində verildikdə və ya dəyişdirildikdə 5 manat, 3 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 25 manat, 1 iş günü müddətində verildikdə və ya dəyişdirildikdə 35 manat rüsum tələb edilir.

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə isə 10 gün müddətində verildikdə 15 manat, 3 iş günü müddətində verildikdə 35 manat, 1 iş günü müddətində verildikdə 45 manat rüsum ödənilir.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.