KİVDF müsabiqə elan etdi

09

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitə¬lərinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasıının növbəti  iclası keççiirilib. Xalq.az xəbər verir ki, Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açaraq bildirib ki, iclasda iki məsələnin – “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə mövzuların müəyyənləşdirilməsi və cari məsələlərin müzakirəsi nəzərdə tutulub.

 

Gündəlikdə dayanan birinci məsələ barədə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üzrə  45 əsas, 15 həvəsləndirici mükafat verilməsi nəzərdə tutulub. Bunu nəzərə alaraq icraçı direktor, Konsepsiya üzrə 15 istiqamətdə 45 mövzunun müəyyənləşdirilməsini təklif etdi. Vüqar Səfərli öncədən müsabiqə mövzularının müəyyənləşdirilməsi üçün Müşahidə Şurasının üzvlərinə və redaksiyalara təkliflərini təqdim etmək üçün müraciət olunduğunu bildirib.  Əldə edilmiş təklif və rəylər Müşahidə Şurasının üzvlərinə təqdim edilib.

Bundan sonra müzakirəyə başlayan Müşahidə Şurasının üzvləri “31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsi” üçün 15 istiqamət üzrə 45 mövzu müəyyənləşdirdilər.

İclas iştirakçıları cari məsələlərin müzakirəsi zamanı, müsabiqə şərtləri barədə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar fikir və mövqelərini bildirdilər. Qərara alındı ki, Müsabiqə müddəti ərzində telekanallarda və müxtəlif KİV-lərdə maarifləndirmə işləri aparılsın.

İstiqamətin adı

Mövzular

1.

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu 1) Dövlət – vətəndaşın rifahı üçün, vətəndaş – dövlətin gələcəyi  naminə2) Hüquqi dövlət quruculuğunda islahatlar: açıq cəmiyyətin təşviqi

3) Milli maraqların təmin olunmasında vətəndaş cəmiyyəti institutlarının rolu

2.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi 1) Fikir, söz və məlumat azadlığına yol açan media siyasəti2) Modernləşmə və  qlobal informasiya məkanına inteqrasiya milli maraqları əks etdirməlidir

3) Azad fikir və medianın ictimai məsuliyyəti

3.

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması 1) Azərbaycanda insan hüquqlarının təminatı: real nailiyyətlər və aktual məsələlər2) Davamlı inkişafdan doğan sosial və siyasi vətəndaş fəallığı

3) İnsan hüquqlarının qorunması və  vətəndaş cəmiyyəti

4.

İctimai və dövlət maraqlarının müdafiəsi 1) Dövlət-vətəndaş münasibətlərində ictimai maraqlar2) İnsan inkişafı dövlət siyasətinin əsasıdır

3) Dövlətçilik maraqları ümummilli məsələdir

5.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 1) İşğalçı Ermənistan dünyanın qınaq hədəfində2) İşğal edilmiş ərazilər erməni terrorizminin əsas məkanlarından biri kimi

3) Hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır

6.

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi 1) Regional inteqrasiya prosesində Azərbaycan amili2) Azərbaycanın beynəlxalq  münasibətlər sistemində rolu

3) Düşünülmüş müstəqil xarici siyasət uğurlu əməkdaşlığın əsasıdır

7.

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması 1) Böyük qayıdışa aparan addımlar2) Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması sosial siyasətin əsas qayələrindən biridir

3) Qaçqın şəhərciyində bir gün

8.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği 1) Dövlətçilik tariximizin unudulmaz səhifələri: dünən və bu gün2) Dünya mədəniyyətinə töhvlər verən müasir Azərbaycan…

3) Müasir dövrdə yas və toy mərasimləri

9.

Azərbaycançılıq ideyasının təbliği 1) Azərbaycan naminə – fikirdə, sözdə və əməldə!2) Azərbaycançılıq – dünya azərbaycanlılarını birləşdirən dəyər

3) Ulu öndər Heydər Əliyev azərbaycançılıq məfkurəsini milli ideya səviyyəsində yüksəldib

10.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 1) Regionların davamlı inkişafı: son 10 ilin dinamik mənzərəsi2) İqtisadi inkişafda regionların xüsusi çəkisi artır

3) Regionların sosial-iqtisadi inkişafında turizmin rolu

11

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi 1) Güclü Azərbaycanın uğurları milli həmrəylikdən keçir2) Hər bir diaspor üzvü ölkəmizin xaricdə səfiridir

3) Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi

12

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilmə 1) Mədəni fərqliliyimiz – mənəvi zənginliyimizdir2) Dini və milli tolerantlığın Azərbaycan modeli

3) Bakı mədəniyyətlər və sivilizasiyalararası dialoq mərkəzidir

13

 Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

 

1) Demoqrafik  durum: real vəziyyət və perspektivlər2) Ailə ənənələri və qloballaşma

3) Sağlam ailə cəmiyyətin və güclü dövlətin təməlidir

14

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi 1) Özəl sektor iqtisadi inkişafın avanqard xəttidir2) Biznes mühitinin yaxşılaşdırılması davamlı prosesdir

3) Liberal iqtisadiyyat iqtisadi inkişafın mühüm şərtidir

15

Gənc nəslin milli mənlik şüurunun inkişafetdirilməsi və vətənpərvərlik hisslərinintərbiyəsi. 1) Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində əxlaqi dəyərlər2) Hər bir gənc ölkəsinin gələcəyi haqqında düşünməlidir

3) Vətənpərvər gənclik güclü dövlətin əsas dayağıdır

 

 

                                                     Müsabiqədə iştirak

 

         Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

 

 

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

 

  1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).

 

  1. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

 

  1. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi  “qara siyahı”ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

 

  1. Qəzetdə dərc olunmuş yazıda “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir.

 

QEYD: İnformasiya agentliklərində və  region mətbuatında çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etdirməlidirlər.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə  buraxılmır.

 

 

Yazıların qəbul qaydaları

  1.  Yazının dərc olunduğu mətbuat orqanı (qəzet, jurnal) – 1 nüsxə

 

2.  Yazının Elektron variantı (Times New Roman (12)  şriftində -CD diskdə) – 1 nüsxə

 

3.  Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) – 3 nüsxə

 

  1.  Yazıların həcmi:  1 səhifə (A3) olmalıdır  (9-11 min işarə).

   Tələb olunan sənədlər

1.   Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası ilə),

2.   İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə),

           3.   Şəxsiyyət vəsiqəsi və surəti,

4.   Şəxsi VÖEN və surəti,

5.   Şəxsi bank rekvizitləri (şəxsi VÖEN  əsasında açılmış bank hesabı).

      Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.

Yazıların qəbulu 28 oktyabr 2013-cü il tarixində başlayır, 10 dekabr 2013-cü il tarixdə başa çatır (10 dekabr 2013 yazıları təqdim etmək üçün sonuncu tarixdir). 

Yazılar rəsmi iş günləri saat  10:00-dan  16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qiymətləndirmə meyarları:

–  mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

–  materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

–  yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

–  jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

–  ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 15  həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər: İstiqamətlər üzrə 45 (nəfər) qalibin hər birinə 1000 (bir min) manat, 15 yazı müəllifinə isə həvələndirici 300 (üç yüz) manat məbləğində mükafatlar veriləcəkdir, qaliblər Fondun xüsusi diplom və təşəkkürnamələri ilə təltif olunacaqlar.

 

 

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

 

Yazının istiqaməti  
Yazının adı  
Müəllifin Adı, soyadı, atasının adı  
Mətbuatda təxəllüsü (əgər varsa)
İşlədiyi KİV
Vəzifəsi
Yazının dərc olunduğu mətbuat orqanı
Ünvanı və poçt indeksi
– iş telefonu  
– ev telefonu
– mobil telefonu
– elektron poçt ünvanı

 

 

 

Şəxsin imzası ________________       Baş redaktorun imzası   ________________

 

M.Y.

 

 

Sənədlərin təqdim olunma tarixi:   “____”__________ 2013-cü il

 

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.

Əlaqə telefonları:  (012) 537 19 45, (012)  537 19 41;

Elektron ünvan : info@kivdf.gov.az , kivdf.info@gmail.com

 

www.kivdf.gov.az