KİVDF-da yeniliklərə başlandı-Fotolar

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 04 aprel tarixli Sərəncamı ilə Əhməd İsmayılovun Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru vəzifəsinə təyin edilməsindən sonra qurumun fəaliyyətinin yenidən qurulması istiqamətində bir sıra işlər həyata keçirilir.

Hazırda qurumun fəaliyyətinin Nizamnamə və KİV-in inkişafına dövlət dəstəyi konsepsiyasına uyğun təşkili ilə yanaşı, bir sıra texniki işlər, o cümlədən, qurumun internet resurslarının, sosial şəbəkə səhifələrinin yenidən qurulması üzərində iş gedir, KİVDF-nin saytı yenidən qurulur və rəsmi facebook səhifəsi fəaliyyətini davam etdirir

Bundan başqa, KİVDF-nin loqosunda da dəyişiklik edilib. Belə ki, əvvəl istifadə olunan loqodakı rəng və hərf şriftləri dəyişdirilib.

Əvvəlki loqo

Yeni loqo

http://kivdf.gov.az rəsmi saytıda yenilənir

Rəsmi Facebook səhifəsi

XALQ.AZ