Kiyevdə vəziyyət yenə gərginləşib

 

41

 

Ukrayna paytaxtı Kiyevdə vəziyyət yenə gərginləşib.

AzNews.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, paytaxtda mitinqçilər Ali Radanın binasına doğru yürüməyə başlayıb. Məqsəd Ali Rada qarşısında aksiya keçirməkdir. Bunun qarşısını almaq üçün ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məlumata görə əraziyə polis və “Berkut” döyüşçüləri gətirilib. Aksiyaçılar bir neçə istiqamətdən Radaya qarşı hərəkətə başlayıb.

“Azadlıq” frakisyasından olan deputat İqor Miroşniçenkonun sözlərinə görə, aksiyada məqsəd deputatları xalqın səsinə qulaq asmağa vadar etməkdir.