Kiyevin mərkəzində atışma başladı

66

Axşam saatlarında Kiyevin mərkəzində Müstəqillik Meydanında (Maydanda) baş vermiş atışma nəticəsində üç nəfər yaralanıb, bir nəfər xəstəxanalıq olub.
Xalq.az-ın məlumatına görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyindəki (DİN) mənbə bildirib. Mənbənin məlumatına görə, yaralananlardan ikisi özünümüdafiə dəstəsinin üzvüdür, biri isə mülki vətəndaşdır.

KİV-lərin məlumatına görə, atəş açan “Sağ sektor” təşkilatının fəalıdır, o, Maydana alkoqollu içki dolu zərf gətirmək istəyib. Hadisədən sonra atəş açaraq aradan çıxıb. Milislər gələnə kimi onu aradan çıxarıblar.