Kliçko Yanukoviçi rinqə çağırdı

58

 

 

 

UDAR siyasi birliyinin lideri Vitali Kliçko Ukrayna prezidenti Viktor Yanukoviçi rinqə dəvət edib.

Kliçko bunu Maydanda çıxışında bildirib: “Mən Yanukoviçi rinqə çağırıram. O mənim şəxsi rəqibimdir”.

Vitali Kliçko Yanukoviçdən hansı şərtlərlə Putinin Ukraynaya 15 milyard vəsait verməsini açıqlamağı tələb edib.

Xatırladaq ki, bu gün yayılan məlumatda Rusiya hökumətinin Milli Rifah Fondundakı rezervlərindən 15 milyard dolları Ukrayna qiymətli kağızlarına yerləşdirəcəyi bildirilib. (ANS)