Koçaryan yenə həbsdə qaldı

Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunan eks-prezident Robert Koçaryan həbsxanadan buraxılmayıb.

Apellyasiya Cəza Məhkəməsinin aprelin 11-də keçirilən məhkəmə prosesində Koçaryanın vəkillərinin vəsatəti təmin olunmayıb və o, həbsdə qalıb. Bu barədə jurnalistlərə açıqlamasında vəkil Ayk Alumyan bildirib.

Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir. Martın 15-də keçirilən məhkəmə prosesində Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.