“Köçürülmə ilə bağlı icra hakimiyyəti qərar verməlidir”

“Hazırda ağır şəraitdə yaşayanlar köçürülür”.

“Bayıl sürüşmə zonasında yaşayan məcburi köçkünlərin köçürülməsi məsələsi gələcəkdə mümkün ola bilər. Həmin insanların indiki zamanda köçürülməsi ilə bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.

XALQ.AZ xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi hazırda ağır şəraitdə yaşayanları köçürür: “Gələcək mərhələdə isə Bayıl sürüşmə zonasında yaşayanların da köçürülməsi mümkün ola bilər. Bununla bağlı rayon icra hakimiyyəti qərar verməlidir”.

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.