Köhnələri onlar əvəzlədi

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb.

XALQ.AZ-ın məlumatına görə, hakim partiyanın açıqladığı 123 nəfərlik siyahıda 75 yeni namizəd var.

Bundan başaqa, siyahıda diqqət çəkən məqamlardan biri də V çağırış Milli Məclisin bəzi deputatlarının namizədliyinin irəli sürülməməsi, bəzilərinin isə seçki dairələrinin dəyişməsi ilə bağlıdır.

Həmin dəyişikləri təqdim edirik:

24 saylı Nizami birinci seçki dairəsi

Bu dairənin deputatlığa yeni namizədi Mustafayev Elnur Elşad oğludur. Bunadək sözügedən dairənin deputatı SOCAR prezidenti Rövnəq Abdullayev olub.

27 saylı Sabunçu ikinci seçki dairəsi

Sözügedən dairənin deputatı olmuş  Cəbrayılova Dilarəni Salahzadə Əliabbas Qalib oğlu əvəzləyib.

29 saylı Səbail seçki dairəsi

V çağırış Milli Məclisin deputatı Hacıyev Şəmsəddinin yerinə Hüseynova Aytən Arif qızının namizədliyi irəli sürülüb.

32 saylı Suraxanı üçüncü seçki dairəsi

 82 yaşlı Ağacan Abıyevi Həsənova Afət Əbil qızı əvəzləyib.

36 saylı Xətai dördüncü seçki dairəsi

Hakim partiya bu dairədən Rzayev Kənan Əfqan oğlunun namizədliyi irəli sürüb. Bunadək dairənin deputatı olmuş Səməd Seyidov isə 107 saylı Qazax seçki dairəsindən namizəd olacaq.

39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsi

Növbədənkənar parlament seçkilərində Xanlar Fətiyevi Cəfərov Müşviq Cəfər oğlu əvəzləyəcək.

41 saylı Sumqayıt birinci seçki dairəsi

Bu dairədən də yeni sima – Hüseynova Hicran Kamran qızının namizədliyi irəli sürülüb. O, V çağırış Milli Məclisin deputatı Xəlilov Mirzəcanı əvəzləyib.

54 saylı Şabran-Siyəzən seçki dairəsi

Qurbanov Sadiq Haqverdi oğlunu deputat Tahir Süleymanovu əvəzləyib.

56 saylı Xaçmaz kənd seçki dairəsi

Dairənin deputatı Əliyev İlhamı Mərdanov Kənan Zeynal oğlu əvəzləyib.

61 saylı Neftçala seçki dairəsi

Deputat Rəhimzadə Arifi Sadıqova Gültəkin Zakir qızı əvəzləyib.

63 saylı Sabirabad birinci seçki dairəsi

Bu dairənin deputatlığa namizədi Cəfərov Kamal Xaqani oğlu da yeni simadır. Bunadək dairənin deputatı Elçin Quliyev olub.

70 saylı Masallı şəhər seçki dairəsi

Millət vəkili Əliyev Nərimanın yerinə isə Məmmədov Məşhur Şahbaz oğlunun namizədliyi irəli sürülüb.

79 saylı İmişli seçki dairəsi

Deputat Qasımov Əsabilin yerinə Əzimov Nazim Abdulrəhim oğlunun namizədliyi hakim partiya tərəfindən irəli sürülüb.

84 saylı Füzuli seçki dairəsi

V çağırış Milli Məclisin deputatı, vitse-spiker Bahar Muradovanı yeni sima Məmmədova Svetlana Gəray qızı əvəzləyib.

89 saylı Göyçay-Ağdaş seçki dairəsi

Dairənindeputatı Elman Nəsirovu Şükürov Rəşad Əlibala oğlu əvəzləyib. Elman Nəsirov isə bu dəfə 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd olub.

99 saylı Şəmkir kənd seçki dairəsi

Deputat Sona Əliyevanı Həsənov Nurlan İrfan oğlu əvəzləyib.