Kollecdə imtahan sezonu

 

79


Bakı Dövlət Sosial-Iqtisad Kollecində rüşvət bataqlığı

 Bakı Dövlət Sosial-İqtisad Kollecində bütün tələbələrdən imtahan pulu tələb olunur.  Tələbənin oxuyub oxumamasından asılı olmayaraq imtahanlardan qiymət ala bilmək üçün minimum 300 manat ödəməlidir. 

Bu barədə Kollecdə təhsil alan tələbələrdən məlumat daxil olub.  Tələbələrin bildirdiyinə görə Kollecdə bir qayıba görə 7 manat ödəyirlər.  Imtahanların verilməsi üçünsə hər bir tələbə mütləq şəkildə 300 manat ödəməlidir. Bu barədə tapşırığın birbaşa Kollecin direktoru Ilham Vəliyevin tapşırıq verdiyi və bütün rüşvət mexanizminin birbaşa direktorun rəhbərliyi ilə ifarə olunduğu bildirilir.
Xatırladaq ki,  Bakı Dövlət Sosial-İqtisad Kollecinin  direktoru Mübariz Mahmudov və daha bir neçə nəfər ötən ilin fevral ayında antikorrupsiya əməliyyatı zamanı həbc olunmuşdu.  O tələbələrdən rüşvət aldığına ğörə həbs olunmuşdu. Bu barədə Baş Prokurorluq Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilirdi.  Görünür ki,  Mübariz Mahmudovu əvəz edən Ilham Vəliyev sələfinin taleyindən nümunə ğötürə bilməyib. Çünki tələbəlırin bildirdiyinə görə Ilham Vəliyev Mübariz Mahmudovdan daha çox korrupsiya bataqlığına çevirib.
Qeyd edək ki, Bakı Sosial-İqtisad Kollecinə 130 müəllim, 1500 yaxın tələbə var. Onlardan 1000 yaxını əyani qalanları isə qiyabi təhsil şöbədə təhsil alırlar. Kollecdə İnformatika müəllimliyi, Hüquq mühafizə fəaliyyəti, Dizayn, Mühasibat uçotu, Maliyyə işi, Bank işi, Menecment, Gömrük işi və Yol Hərəkətinin təşkili fakultələri fəaliyyət göstərir.
Yəni ortalama Ilham Vəliyev hər semesterdə təkcə imtahan pullarından yarım milyona yaxın vəsait əldə edir.  Bura hələ mənimsənilən dövlıt vəsaitlıri aid deyil.  Həmçinin daxil olan məlumatda bildirilir ki,  Ilham Vəliyev qayıblardan qazandığı gəli hər ay təqribın 100 min manat civarında olur.  Etiraf etməliyik ki,  Ilham müəllimin bu qədər asanlıqla bu qədər böyük “təmiz gəlirinə” dünyaca ünlü iş adamları belə həsəd aparar.  pia.az
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…