Kolleclərə ixtisas seçimi bu gün başa çatır

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, ixtisas seçiminə qəbul (buraxılış) imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

Bu gün saat 09:10-a olan məlumata əsasən Azərbaycan bölməsi üzrə ixtisas seçimi edən abituriyentlərin sayı 12 928, rus bölməsi üzrə 263 nəfərdir.

Müsabiqəyə qeyd olunan vaxtadək ixtisas seçimi edib ərizəsini təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

 

Orxan