Komada olan xəstənin şəklini çəkdilər-FOTO

 

36

Fransada xizək sürərkən yıxılaraq ağır yaralanan və müalicəsi koma şəraitində aparılan Mixail Şumaxerin müalicə olunduğu palayata naməlum adamlar girməyə çalışıblar. ANS PRESS-in məlumatına görə, bu barədə Berlində çıxan “Bild” qəzetinə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, iki naməlum adam idmançının yatdığı palataya giriblər. Onların bu əməllinin qarşısı tezliklə alınıb. Nəşrdə qeyd olub ki, naməlum adamlar Şumaxerin şəklini çəkmək üçün palataya giriblər.
Qeyd edək ki, bir neçə gün öncə Fransada xizək sürərkən yıxılaraq ağır yaralanan və müalicəsi koma şəraitində aparılan Mixail Şumaxerin meneceri Sabina Kehm əfsanəvi pilotun vəziyyətində yaxşılığa doğru irəliləmənin olduğunu bildirib. Onun sözlərinə görə, Mixail Şumaxerin hazırda müalicə olunduğu Qrenobl xəstəxanasından başqa bir reabilitasiya mərkəzinə yerləşdirilməsi düşünülür. “Ümidverici əlamətlər var”,- deyə o vurğulayıb.
Menecer Kehm Şumaxerin “süni komadan oyanmayacağı” barədə yayılan sözlərinə yanlış olduğunu da söyləyib. “Təkrar edirəm, ümidverici əlamətlər var və bu əlamətlər bizi cəsarətləndirir”,- deyə o, bildirib.
39 40