Komanda-qərargah hərb oyunları davam edir

Azərbaycan ordusunun hazırlıq planına əsasən keçirilən komanda-qərargah hərb oyunları davam edir.
XALQ.AZ xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, döyüşü idarəetmə mərkəzində keçirilən növbəti toplantıda tapşırıqlar dəqiqləşdirilib və taktiki müdaxilələr üzrə fəaliyyətlər icra olunub.

Birbaşa videobağlantı vasitəsilə birlik və birləşmələrin vəzifəli şəxslərinin tapşırıqlqarın icrası ilə bağlı məruzələri dinlənilib və onlara yeni tapşırıqlar çatdırılıb.