“Komissiya bunu Prezident Administrasiyası ilə birgə araşdıracaq” – Vüqar Səfərli

vuqar
“KİV-lərdə işləyən texniki işçilərin yeni binada mənzil alması üçün namizədliklərinin verilib-verilməməsi məsələsini Komissiya ilə Prezident Administrasiyası birgə araşdıracaq”.
Bunu KİVDF sədri, jurnalistlər üçün tikilmiş binada mənzillərin verilməsi üçün qayda və şərtləri müəyyənləşdirən Komissiyanın sədri Vüqar Səfərli bildirib.
V. Səfərli deyib ki, burada söhbət böyük redaksiyalardan gedə bilər. Komissiya sədri qeyd edib ki, televiziya və radio yayımçıları 10, gündəlik qəzet və informasiya agentlikləri 6, həftəlik qəzetlər, jurnallar, xəbər portalları və saytları 3 namizəd irəli sürə bilərlər: “Ancaq elə saytlar, KİV-lər yaranıb ki, heç o sayda işçiləri yoxdur. Biz sadəcə, maksimum həddi göstərmişik, elə KİV-lər 1-2 namizəd də irəli sürə bilərlər. Hər agentliyin AzərTAC, APA, “Trend” qədər işçiləri yoxdur “.